"Neftçi” klubu Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudovla münasibətləri rəsmiləşdirib.
Sportnet.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, bir neçə gündür "ağ-qaralar”ın düşərgəsində yer alan 25 yaşlı yarımmüdafiəçi ilə 2017/2018 mövsümünün sonuna qədər müqavilə bağlanılıb.
O, 8 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Rusiyanın "Saturn” klubunun yetirməsi olan E.Mahmudovun sonuncu klubu Portuqaliya "Boavişta”sı olub. Yığma üzvü karyerası ərzində Rusiyanın "Spartak” (Moskva), "Tom”, "Krılya Sovetov” və "Mordoviya” klublarında da çıxış edib.