"Sumqayıt” klubunun oğurluğa görə tutulmuş futbolçusu Nicat Muxtarovun valideyni və yaxınları AFFA-ya gediblər.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, 22 yaşlı yarımmüdafiəçinin atası Asif Muxtarov kömək məqsədi ilə federasiyaya üz tutub. O, assosiasiya rəhbərliyi ilə görüşərək, oğlunun azad edilməsinə dəstək xahiş edib.
Qeyd edək ki, Nicat Muxtarov sentyabrın 9-da və 15-də Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlayan mütəşəkkil qrupun tərkibində tutulub.