Azərbaycan Premyer Liqasının VI turunun "Kəpəz” – "Səbail” görüşünün yeri dəyişdirilib.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, dəyişiklik "Kəpəz” klubunun müraciəti əsasında reallaşıb.
Gəncə şəhər stadionunda təmir işlərinin davam etdiyini və "Səbail” klubunun razılıq məktubunu nəzərə alan PFL matçın 23 sentyabr tarixdə "Dalğa Arena”da keçirilməsinə qərar verib.
VI turda meydan sahibi "Səbail”, hər iki klubun iştirakı ilə ikinci dövrənin oyununda isə "Kəpəz” təsdiq edilib.








































































