"Kiçik klubların ən yüksək səviyyəli turnirlərdə oynamaları ideyasını davam etdirəcəyik”.
Sportnet.az xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin UEFA-nın 13-cü Növbədənkənar Konqresində çıxışı zamanı deyib.
Sloveniyalı funksioner bildirib ki, yarış balansı qitə futbol qurumunun bir nömrəli prioritetidir. O, növbəti səviyyəyə keçmək üçün ideal mövqedə olduqlarını söyləyib: "UEFA prezidenti postunda olduğum 1 il 6 gün müddətində idarəetmə baxımından əhəmiyyətli irəliləyişə nail olmuşuq. Hazırda harmoniya dövrünü yaşayırıq”.
Qeyd edək ki, Aleksander Çeferin ötən ilin sentyabrında Yunanıstanın paytaxtı Afinada UEFA-nın Növbədənkənar Konqresində qurumun prezidenti seçilib. Onun səlahiyyət müddəti 2,5 illikdir.





































































