Azərbaycanlı futbolçu Samir Məsimovun çıxış etdiyi "Fakel" klubu Rusiya Kubokunda mübarizəni dayandırıb. Sportnet.az-ın məlumatına görə, Voronej təmsilçisinin qarşısını 1/16 finalda "Amkar" kəsib. 
Perm komandası səfərdə 4:0 hesablı qələbə qazanıb. Qollardan birini "Qəbələ"nin keçmiş yarımmüdafiəçisi Mixail Sivakov vurub. Məsimov isə meydanda olduğu 65 dəqiqə ərzində "Fakel"in məğlubiyyətinə əngəl ola bilməyib. 
Qeyd edək ki, Samir Məsimov 2014 - 2016-cı illərdə "Neftçi"də, ötən mövsümün ikinci yarısında AZAL-da çıxış edib. Mixail Sivakov isə 2015-ci ilin yanvarından iyununadək "Qəbələ"nin formasını geyinib. 









                 





    
    
    
    
    
    
    
    
    






















































