
Tarixə 4-cü belə seriya kimi düşən "Zirə” – "İnter” duelləri Premyer Liqanın II dövrəsində mütləq rekordu da müəyyənləşdirə bilər. Bunun üçün XII turun "İnter Arena”dakı görüşündə də heç-heçənin yaşanması yetərlidir.
Amma paytaxt derbisi əvvəlki üç "sülhsevər” cütdən fərqlənir. Çünki həmin seriyalarda hesab nəticələri fərqli olubsa, "Zirə”ylə "İnter”in bütün heç-heçələri eynihesablıdır – 1:1. 5 dəfə bu hesabla ayrılan rəqiblər daha bir rekordu təkrarlayıb. Belə ki, 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarında bunadək yalnız bir cütün oyunları ardıcıl 5 dəfə eyni nəticə ilə başa çatmışdı. 2016-17-ci illərdə "Qarabağ” "Zirə”ni 5 dəfə 2:0 hesabı ilə məğlub etmişdi. Daha 6 cütdə isə eyni nəticə 4 dəfə təkrarlanıb.