Çinin "Harbin İten" klubunun futbolçuları "Yunnan Litszyan" ilə matçın fasiləsində stadionun mühafizəçiləri tərəfindən döyülüb.
Sportnet.az xəbər verir ki, fasilə zamanı "Harbin İten"in paltardəyişmə otağında işıqlar sönüb və onlarla mühafizəçi əllərində dəyənəklə otağa girərək futbolçuları döyüb. "Yunnan Litszyan" klubundan ittihamlara belə cavab veriblər: "Bu, doğrudursa və onlarla mühafizəçi futbolçuları döyübsə, bəs onda onlar ikinci hissəyə necə çıxıblar və oynamağa davam ediblər?"