Səudiyyə Ərəbistanında tarixdə ilk dəfə qadınları futbol stadionuna buraxıblar. Sportnet.az-ın məlumatına görə, zərif cinsin nümayəndələri Ər-Riyaddakı Kral Fəhd adına stadionda təşkil olunan bayram mərasimində iştirak ediblər.
Ölkə qanunlarına əsasən, kişi və qadınların kinoteatrlarda, stadionlar kimi kütləvi tədbirlərin keçirildiyi məkanlarda birgə iştirakı qadağandır. Habelə, qadınlar kişinin müşayiəti olmadan avtomobil sürə, səyahət edə, oxuya və həkimə gedə bilməzlər.