Tbilisi şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyunu keçirib.
Sportnet.az-ın məlumatına görə, Gürcüstanın U-16 komandası ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub. Millinin qolunu Samir Məhərrəmli vurub.
Qeyd edək ki, bu komandalar arasında sentyabrın 25-də keçirilmiş yoldaşlıq oyunu da gürcüstanlı futbolçuların 5:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.