1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ponomaryov Rəşad Sadıqovun millidə debütünü xatırladı
"2002-ci il dünya çempionatının seçmə mərhələsində son oyunumuzu səfərdə İsveç yığmasına qarşı keçirirdik. Nəticə bizim üçün heç bir əhəmiyyəti daşımırdı. Həmin vaxt Rəşad Sadıqov gənc və perspektivli idi”.
Sportnet.az xəbər verir ki, bunu "Report”a açıqlamasında futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi İqor Ponomaryov Rəşad Sadıqovun yığmadakı debütünü xatırlayarkən deyib. 57 yaşlı mütəxəssis 2001-ci il oktyabrın 7-də, 2002-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsveç yığmasına qarşı Stokholmda baş tutmuş görüşdə "siftə” edən Sadıqovun işinin öhdəsindən əla gəldiyini söyləyib. O, deyib ki, komanda həmin vaxt 0:3 hesabı ilə uduzsa da, məqsəd gənc futbolçulara U-21 yığmasından fərqli futbol hiss etmə şansı qazandırmaq olub: "Əsas olan onların qorxub-sıxılmamaları, layiqli və yaxşı oynamaları idi. Əminliklə deyə bilərəm ki, Stokholmdakı görüşdə ilk dəfə şans verdiyimiz Rəşad Sadıqovla Ramal Hüseynov əla oynadılar. İndi isə Sadıqova məşqçilik karyerasında uğurlar arzulayıram”.