19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilk oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, İrlandiya komandasına qarşı keçirilmiş oyun heç-heçə yekunlaşıb – 0:0.
7-ci qrupun digər oyununda isə Serbiya Kiprə qalib gəlib - 1:0.
Avropa çempionatı
Seçmə mərhələ, VII qrup
AZƏRBAYCAN U-19 - İRLANDİYA U-19 - 0:0
Azərbaycan: 1. Murad Popov
3. Ricət Qarayev
4. Yusif Həsənov
(6. Pilağa Mehdiyev, 46)
5. Elçin Əsədov
7. Süleyman Əhmədov
(16. Murad Mahmudov, 88)
8. Bahadur Həziyev
9. İbrahim Əliyev
10. Fərid Nəbiyev (k)
11. Barış Ekincier
(21. Doğukan Öksüz, 81)
14. Hüseyin Seyliqli
17. Murad Qayalı
Ehtiyat oyunçular:12. Məmməd Hüseynov
22. Şahin Zəkiyev
2. Metin Güler
15. Ceyhun Muxtarlı
18. Rafael Məhərrəmli
20. Əsgər Hüseynov
Baş məşqçi: Təbriz Həsənov
Futbolçularımız növbəti oyununu oktyabrın 7-də Bakı vaxtı ilə saat 18:00-da Serbiya yığmasına qarşı keçirəcək.
Xatırladaq ki, yığmamızın yer aldığı 7-ci qrupun oyunları İrlandiyada təşkil olunub.