Milli komandaların oyunları ilə bağlı yaranan fasilədə "Qarabağ" hazırlıqlarını davam etdirir.
Sportnet.az-ın məlumatına görə, düşərgədə qalan futbolçular gündə bir dəfə olmaqla klubun bazasında məşq edirlər. Milli komandalara dəvət alan 14 futbolçunun yoxluğunda əvəzedici heyətin bir neçə üzvü əsas komandanın hazırlıq prosesində iştirak edir.
"Qarabağ" oktyabrın 7-də "Azərsun Arena"da "Sumqayıt"la yoxlama oyunu keçirəcək. Oyun saat 16:30-da başlanacaq.