"France Football" nəşri 2017-ci ilin yekunlarına əsasən, "Qızıl top"a 30 namizəd futbolçunun adlarını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, ən çox oyunçu İspaniya "Real Madrid"indəndir.
Çempionlar Liqasının son qalibinin heyətindən 7 futbolçu siyahıya düşüb. Onlardan biri Kriştianu Ronaldudur.
Namizədlərin tam siyahısı:
Kriştianu Ronaldu ("Real Madrid", Portuqaliya), Eden Azar ("Çelsi", Belçika), Leonardo Bonuççi ("Milan", İtaliya), İsko ("Real Madrid", İspaniya), Kilian Mbappe (PSJ, Fransa), Lionel Messi ("Barselona", Argentina), Pyer-Emerik Obameyanq ("Borussiya" Dortmund, Almaniya), Edinson Kavani (PSJ, Fransa), Mats Hummels ("Bavariya", Almaniya), Kərim Benzema ("Real Madrid", İspaniya), Antuan Qrizmann ("Atletiko", Fransa), Toni Kroos ("Real Madrid", Almaniya), Canluici Buffon ("Yuventus", İtaliya), Sadio Mane ("Liverpul", Seneqal), Radamel Falkao ("Monako", Kolumbiya), Kevin de Breyne ("Mançester Siti", Belçika), Robert Levandovski ("Bavariya", Polşa), David de Xea ("Mançester Yunayted", İspaniya), Harri Keyn ("Tottenhem", İngiltərə), Edin Ceko ("Roma", Bosniya və Herseqovina), Luis Suares ("Barselona", Uruqvay), Serxio Ramos ("Real Madrid", İspaniya), Yan Oblak ("Atletiko", Sloveniya), Filippe Koutinyo ("Liverpul", Braziliya), Dris Martens ("Napoli", Belçika), Neymar ("Barselona", Braziliya), Luka Modriç ("Real Madrid", Xorvatiya), Paulo Dibala ("Yuventus", Argentina), Marselo ("Real Madrid", Braziliya), NQolo Kante ("Çelsi", Fransa)
----------------------------------
"France Football” nəşri hər il dünyanın ən yaxşı futbolçusuna təqdim edilən "Qızıl top” mükafatına namizəd daha 5 oyunçunun adını açıqlayıb.
Sportnet.az Fransa nəşrinin rəsmi saytına istinadən xəbər verir ki, siyahıda Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Roma”nın Bakıda "Qarabağ”a 2:1 hesabı ilə qalib gəldiyi matçda İtaliya təmsilçisinin ikinci qoluna imza adan Edin Ceko da var.
Bosniya və herseqovinalı forvardla yanaşı, İngiltərənin "Mançester Siti” komandasının yarımmüdafiəçisi Kevin De Breyne, "Mançester Yunayted”in qapıçısı David de Xea, "Tottenhem in hücumçusu Harri Keyn və Almaniya "Bavariya”sının bombardiri Robert Levandovski "beşlik”də yer alıb.
-------
"France Football” nəşri hər il dünyanın ən yaxşı futbolçusuna təqdim edilən "Qızıl top” mükafatına namizəd daha 5 oyunçunun adını açıqlayıb.
Sportnet.az Fransa nəşrinin rəsmi saytına istinadən xəbər verir ki, ikinci "beşlik”də İspaniyanın "Barselona", "Real Madrid" və "Atletiko" komandalarının futbolçuları da var. Bunlar müvafiq olaraq hücumçu Luis Suares, müdafiəçi Serxio Ramos və qapıçı Yan Oblakdır.
İngiltərə təmsilçisi "Liverpul"un yarımmüdafiəçisi Filippe Koutinyo və İtaliya "Napoli"sinin hücumçusu Dris Mertens də "Qızıl top”a iddia edəcəklər.
-------
"France Football” nəşri hər il dünyanın ən yaxşı futbolçusuna təqdim edilən "Qızıl top” mükafatına namizədlərin siyahısını açıqlamağa başlayıb.
Sportnet.az nüfuzlu nəşrin rəsmi saytına istinadən xəbər verir ki, hələlik açıqlanan "beşlik”də 222 milyon avroya İspaniyanın "Barselona” komandasından Fransa təmsilçisi PSJ-yə transfer olunan Neymar da yer alıb.
Braziliyalı ilə yanaşı, İspaniya "Real Madrid”indən Luka Modriçlə Marselo, İngiltərə təmsilçisi "Çelsi”dən N`Qolo Kante və İtaliyanın "Yuventus” klubundan Paulo Dibala siyahıda yer alıb.
Namizədlərin yekun siyahısındakı qalan 25 futbolçu gün ərzində açıqlanacaq.
Qeyd edək ki, "France Football” 1956-cı ildən "Qızıl top” mükafatını təqdim edir. 2008-ci ildən dünyanın ən yaxşı futbolçusu adına "Barselona”nın kapitanı Lionel Messi ilə "Real Madrid”in hücumçusu Kriştianu Ronaldu layiq görülüblər. Argentinalı 5, portuqaliyalı isə 4 dəfə "Qızıl top” alıb.