"Andrey Tixonovla mənim sabiq baş məşqçim Robert Prosineçki arasında paralel apara bilərəm”.
Sportnet.az xəbər verir ki, bunu Rusiyanın "Krılya Sovetov” komandasının serbiyalı futbolçusu Srcan Miyailoviç deyib.
O, "Krılya Sovetov”un baş məşqçisi Andrey Tixonovun Azərbaycan millisinə rəhbərlik edən Robert Prosineçkiyə bənzədiyini söyləyib: "Samaralı azarkeşlər Tixonovu çox sevirlər. O, Rusiya futbolunun əfsanəsidir. Robert də çox oynayıb, məhşur futbolçudur. Karyerasını bir müddət əvvəl başa vurub və məşqçiliyə başlayıb. Aralarında bəzi oxşarlıqlar var”.
Qeyd edək ki, Miyailoviç 2010-2012-ci illərdə Serbiya "Srvena Zvezda”sında Prosineçkinin rəhbərliyi altında çıxış edib.