Azərbaycan milli komandasının futbolçusu Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" Ukrayna Premyer Liqasının 13-cü turunda doğma meydanda "Veres Rivne” ilə üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, Paşayev matça strart heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, 13 oyuna 10 xal toplayan "Aleksandriya” klubu turnir cədvəlinin 9-cu pilləsindədir.