1960 – 2004-cü illərdə Qitələrarası kubokun qalibi olmuş Avropa və Cənubi Amerika klubları dünya çempionu kimi qəbul edilib.
Sportnet.az xəbər verir ki, bununla bağlı qərar FİFA Şurasının Hindistanın Kəlküttə şəhərindəki iclasında qəbul olunub. FİFA prezidenti Canni İnfantino mətbuat konfransında bildirib ki, yenilənmiş klublararası dünya çempionatı Konfederasiyalar Kuboku turnirini əvəzləyə bilər: "Formatı dəyişdiriləcək klublararası dünya çempionatı Konfederasiyalar Kubokunu əvəzləyə bilər. Bu, mümkün variantlardan biridir. Təqvimdə əlavə yerimiz yoxdur. Dünyada klub futbolunun inkişafı üçün hansısa addımlar atılmalıdır. Bu, hələlik ideyadır və müzakirə olunacaq. Yekun qərar gələn ilin martında qəbul edilə bilər”.
Qeyd edək ki, Konfederasiyalar Kuboku 4 ildən bir, dünya çempionatından 1 il əvvəl keçirilir. Qitələrarası Kubok matçı isə hər il Yaponiyanın Yokohama şəhərində Çempionlar Liqasının qalibi ilə Libertadores Kubokunda birinci yeri tutan komanda arasında baş tutur.