İspaniyanın "Real Madrid" klubu əzəli rəqibi "Barselona"ya mane olmaq istəyir.
Sportnet.az-ın "Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, Madrid klub Flip Koutinyanu heyətinə cəlb etmək istəyir. Xəbərdə qeyd olunub ki, İspaniya təmsilçisi braziliyalı üçün klubu "Liverpul"a təklif göndərəcək.
Qeyd edək ki, "Barselona" klubu Koutinyonu yayda transfer etmək istəyib, ancaq bu cəhdi uğursuz alınıb.









































































