
Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudov "Neftçi"nin heyətində ilk qolunu vurub. Sportnet.az-ın məlumatına görə, bu, Topaz Premyer Liqasının XII turunda "Qəbələ" ilə "Bakcell Arena"da keçirilən oyuna təsadüf edib.
19-cu dəqiqədə fərqlənən 25 yaşlı yarımmüdafiəçi həm də iki komanda arasındakı görüşlərdə 100-cü qolun müəllifinə çevrilib. Bu qollardan 94-ü Premyer Liqaya, 6-sı isə Azərbaycan Kubokuna təsadüf edib.