1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəhim Həsənov yenə Gəncəyə göndərildi
Topaz Premyer Liqasında XIV turun daha bir oyunu üçün hakim təyinatları açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, dekabrın 2-də "Kəpəz" və "Sumqayıt" komandaları arasında keçiriləcək görüşü FİFA referisi Rəhim Həsənov idarə edəcək. Həsənov ötən tur "Sumqayıt"ın "Səbail"lə qolsuz heç-heçə etdiyi ev oyununda da iş başında olub. O, həmçinin, "Kəpəz"in XI turda evdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduğu görüşün baş hakimi olub. Həmin qarşılaşmada təcrübəli referi "Kəpəz"in oyunçusu Viktor Oseqeylin "Qarabağ"ın qapıçısı İbrahim Şehiçlə mübarizədə yerə yıxılmasını penalti kimi dəyərləndirib. Lakin qonaq komandanın etirazı və Oseqeylin qapıçı müdaxiləsi olmadan yerə yıxıldığını etiraf etməsindən sonra o, qərarını dəyişdirib.
Topaz Premyer Liqası, XIV tur
02 dekabr (şənbə)
14:00. "Kəpəz” – "Sumqayıt”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu