Türkiyənin Kütahya şəhərində həvəskar liqa matçında futbolçular azarkeşlərəə qartopu atıb. Sportnet.az-ın məlumatına görə, hadisə "Tavşanlı Genclikspor" - "Simav Savcılarspor" matçında baş verib.
Qarşılaşmanın sonlarında səfərdə 0:2 hesabı ilə məğlub olan "Simav Savcılarspor"un futbolçuları onlara söyüş söyən azarkeşlərlə mübahisə edib. Onlar daha sonra fanatlara qartopu atıb.
Qonaq komandanın üzvlərini polislər çətinliklə satikləşdirib. Görüşün baş hakimi Adem Karabulut azarkeşlərlə mübahisə edən Kemal Temura qırmızı vərəqə göstərib.
Qeyd edək ki, "Tavşanlı Genclikspor" - "Simav Savcılarspor" meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.