1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kərim Diniyev haqda verilən qərar mənim üçün də gözlənilməz oldu"
"Mən bu barədə çox danışa bilmərəm. Bu, baş məşqçinin qərarıdır. Hər kəs buna hörmətlə yanaşmalıdır. Komanda axırıncı yerdə gedirsə, bunu hamı bilir ki, dəyişiklik olmalıdır. Bu qədər çox futbolçunun getməsini düşünmürdüm. Amma dəyişikliklər olacağını gözləyirdik”.
Bunu "Kəpəz”in futbolçusu Şəhriyar Rəhimov Sportnet.az-a açıqlamasında söyləyib. Gəncə klubunun kapitanı Kərim Dineyevin komandadan kənarlaşdırılmasının onun üçün gözlənilməz olduğunu deyib:
"Bu məşqçinin qərarıdır. Çempionyat dekabrın 14-ü başa çatıb. Həmin futbolçulara dünən xəbər veriblər. Kərim də 2 həftə səs-soraq olmadığına görə komandada qalacağını düşünüb. O, komandanın aparıcı futbolçularından hesab olunurdu. Bütün oyunlarda əsas heyətdə meydana çıxırdı. Kərim haqda verilən qərar mənim üçün də gözlənilməz oldu”.
Müdafiəçi əcnəbi futbolçuların komandadan göndərilməsinin gözlənilən olduğunu və qış fasiləsində yaxşı futbolçu tapmağın çətin olduğunu vurğulayıb.
"Məşqçilər belə qərar veriblərsə, planlarında yaxşı futbolçu olmalıdır. Bizim əsas məqsədimiz odur ki, "Kəpəz” öz gücünü qaytarsın. Rəhbərlik də buna görə müəyyən addımlar atacaq”.