Topaz Premyer Liqasının qış çempionu "Qarabağ" qış hazırlıq planı bəlli olub.
Sportnet.az-ın məlumatına görə, komanda Antalyada baş tutacaq qış təlim-məşq toplanışı zamanı 6 yoxlama oyunu keçirəcək.
Artıq bütün rəqiblər və oyunların tarixləri də bəllidi. Komanda ilk matçında yanvarın 17-si Rusiyanın "Kuban" klubuyla qarşılaşacaq.
Qurban Qurbanovun yetirmələri yanvarın 20-si Polşanın "Lexiya", yanvarın 25-i öncə Makedoniyanın "Şkupi", daha sonra isə Ukraynanın "Mariupol" klublarıyla üz-üzə gələcək.
Ağdam klubunun 5-ci matçı Bosniya və Hersoqovinanın "Sarayevo" klubuna qarşı olacaq. Son yoxlama matçında isə rəqib fevralın 3-ü Monteneqro "Mladost"u olacaq.