İtaliya "Milan”ının sabiq prezidenti Silvio Berluskoni kluba qayıdacağını istisna edib.
Sportnet.az-ın "Football Italia”ya istinadən verdiyi məlumata görə, 82 yaşlı sabiq funksioner bunun mümkünsüz olduğunu açıqlayıb.
"Heç kimin ümidə qapılmasını istəmirəm. Klubun satışı ağrılı seçimdir, lakin bu, zəruri idi. "Milan” hazırda olduğu 9-cu yeri tutsa belə, hər zaman ürəyimdədir”, - S.Berluskoni deyib.
Qeyd edək ki, S.Berluskoni "Milan”ın səhmlərini 20 fevral 1986-cı ildə əldə edib. Klub onun dönəmində 8 dəfə İtaliya çempionu olub, 5 dəfə Çempionlar Liqasını qazanıb. Sabiq nazir 2016-cı ildə səhmlərə nəzarət paketini 740 milyon avroya çinli investorlara satıb.