1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
PSV-nin yetirməsi "Neftçi"də
Türkiyənin Antalya bölgəsində toplanışda olan "Neftçi” klubu iki əcnəbi futbolçunu baxışa çağırıb.
Sportnet.az xəbər verir ki, bunlar ukraynalı İqor Sikorski və mərakeşli Roxti Axentedir. Hər iki futbolçu bakılıların Rusiyanın "SKA-Xabarovsk” komandası ilə saat 17:00-da start götürən yoxlama matçında ehtiyat oyunçular skamiyasında yer alıblar.
30 yaşlı İ.Sikorski yarımmüdafiəçidir. Onun son iş yeri Ukraynanın I divizionunda çıxış edən "Nikolaev” klubu olub.
Mərakeş yığmasında 2 oyun keçirən R.Axente Hollandiyanın PSV klubunun yetirməsidir. 30 yaşlı sol cinah yarımmüdafiəçisinin son klubu Hollandiya çempionatının I divizionunda mübarizə aparam "Qou Ehed İqls" klubudur.