1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fedotovdan 8:1 şərhi
"İlk dəqiqələrdən bir neçə qol vurmağa müvəffəq olduq. Yaxşı oyun keçirdik və təlim-məşq toplanışında qısa qısa müddətli fasiləyə əla əhval-ruhiyyədə yollanırıq”.
Sportnet.az xəbər verir ki, bunu Rusiyanın "OİK-Xabarovsk” komandasının futbolçusu Vitali Fedotov "Neftçi”ni 8:1 hesabı ilə məğlub etdikləri yoxlama matçını şərh edərkən deyib.
27 yaşlı ukraynalı yarımmüdafiəçi Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı çərçivəsində baş tutan görüşün yağışlı hava şəraitinə təsadüf etməsinə də toxunub. O, bildirib ki, istənilə havada oynamağa uyğunlaşmaq lazımdır: "Yağış normaldır. Futbolu istənilən hava şəraitində oynayırlar. Xabarovskda mənfi 15 dərəcədə oynamaq asan deyil. İstənilən hava şəraitinə uyğunlaşmaq lazımdır. Əlbəttə, yağış matça təsirini göstərdi. Məsələn, topun meydanda sürüşməsi. Ancaq biz daha çox kombinasiyalı futbola və yerlə ötürmələrə üstünlük verməyə çalışırdıq”.
Qeyd edək ki, "OİK-Xabarovsk” Rusiya Premyer Liqasının geridə qalan 20 turundan sonra 12 xalla sonuncu pillədə qərarlaşıb.