Azərbaycan milli komandası Qurban Qurbanovun rəhbərliyi altında ilk oyununu keçirib.
Sportnet.az xəbər verir ki, hazırda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan yığma Moldova kollektivi ilə qarşılaşıb. "Mardan" stadionunda baş tutan yoldaşlıq görüşündə hesab açılmayıb.
Qeyd edək ki, Moldova və Azərbaycan yığmaları arasında keçirilən əvvəkli 9 matçdan 2-də milli qalib gəlib. Rəqib isə 3 dəfə qələbəyə sevinib.
Azərbaycan millisi oyunu bu heyətlə keçirib: 1.Kamran Ağayev 30.Abbas Hüseynov 5.Maksim Medvedyev 19.Rahid Əmirquliyev (K) (28.Cavid İmamverdiyev, 61) 22.Əfran İsmayılov (10.Ruslan Qurbanov, 23/17. Rəhman Hacıyev, 84) 20.Riçard Almeyda (18. Coşqun Diniyev, 84) 2.Qara Qarayev 13.Mahir Mədətov (11.Ramil Şeydayev, 77) 16.Cavid Hüseynov 15.Ruslan Abışov 4.Pavel Paşayev (21.Təmkin Xəlilzadə, 61)
Moldovanın start heyəti isə belə olub: 1.İlie Cebanu, 2.İon Jardan, 4.Petru Racu, 5.Posmaç Veaçeslav, 7.Cojocari Andrei (K), 9.Antoniuc Alexandru (17.Spataru Danu, 64), 22.Rozgonine Artion, 20.Pascenco Alexande (6.Taras Dan, 76), 10.Dedov Alexandru (21.Platica Sergiu, 83), 19.Mihaliov Maxim (16.Paireli Vadim, 67), 18.Ambros Vladimir (11.Damascan Vitali, 55)
Yoldaşlıq oyunu
30 yanvar
20:00. Azərbaycan – Moldova 0:0
"Mardan” stadionu