İngiltərə millisinin sabiq futbolçusu 28 il öncə dayısı tərəfindən təcavüzə məruz qaldığını açıqlayıb. Sportnet.az-ın məumatına görə, 12 yaşında baş verən hadisədən danışan Kieron Dyer psixoloji olaraq pis günlər keçirdiyini söyləyib:
"Uşaqlıqda cins şalvarları çox xoşlayırdım. Mən hər zaman anamın qucağında yatırdım. O gecə isə dayım Kenni cins geyinmişdi və mən onun qucağında yatdım. Sonra yuxudan oyandım. Gözlərimi açmağa qorxurdum. Əlini şalvarımdan içəri saldı və məni oxşamağa başladı. Donmuşdüm. Nə edəcəyimi bilmirdim. Kenni mənim oyandığımı hiss edəndən sonra, sakit dayanmağımı tələb etdi. Başladığı işi başa çatdırmaq üçün mənə nəsə söyləməyə çalışırdı. Şokalat alacağını söylədi. Çox pis bir şey etdiyini bilirdim. Amma donmuşdum. Hərəkət edə bilmirdim. Heç nə edə bilmirdim. Qorxurdum. Yenə də onu uzaqlaşdırmağı bacardım. Şalvarı yenidən geyindim. Mənə heç kimə deməməyimi tapşırdı. Mənə bu bizim sirrimiz olacaq dedi.
Dyer bu hadisədən sonra anasına zəng vurur. Həmin an bir kölgə görür. Dayısının ona barmağı ilə "sus" işarəsi göstərdiyini görür. Qorxduğuna görə, telefonu bağlayır.