1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kubokun finalı mayın 28-də olmayacaq - RƏSMİ
Azərbaycan Kubokunun yarımfinal və final oyunlarının tarixlərində dəyişikliklər ediləcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının (PFL) baş direktoru Məlik Həsənov açıqlama verib. O bildirib ki, aprelin 11-də Azərbaycanda prezident seçkisi keçiriləcəyindən, həmin gün və aprelin 18-də nəzərdə tutulan yarımfinal oyunlarının vaxtlarında "sürüşmə" baş verəcək.
Final matçı isə Azərbaycan Cümhuriyyətinin yaradılmasının 100 illiyinə təsadüf edən 28 may - Respublika günündə gerçəkləşməyəcək. M.Həsənov bunu həmin görüşdən bir gün sonra Azərbaycan və Qırğızıstan milliləri arasında yoldaşlıq görüşünün keçiriləcəyi ilə əlaqələndirib. O, konkret tarixlərlə bağlı qərarın, böyük ehtimalla, gələn həftə veriləcəyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Kubokunun yarımfinalında "Qəbələ" "Neftçi" ilə, "Keşlə" isə "Sumqayıt"la qarşılaşacaq ("Report").