
İtaliya A Seriasının 25-ci turunda "Yuventus" səfərdə "Torino" ilə üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma qonaqların 0:1 hesablı qələbəsi ilə başa çatıb. Matçın yeganə qolunu 33-cü dəqiqədə Aleks Sandro vurub.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 65-ə çatdıran "Yuventus" 2-ci pillədə qərarlaşıb. Turin təmsilçisindən 1 xal çox toplayan "Napoli" isə liderdir.