Topaz Premyer Liqasının XVIII turunda "Səbail”i qəbul edəcək "Kəpəz” dünənki bərpaedici prosedurun (sauna, baseyn, massaj) ardından bu gün məşqlərə start verib. 
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın ilk hazırlığı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol meydançasında olub. 
"Sarı-göylər” fevralın 28-i və martın 1-də Bakı Olimpiya Stadionunun yardımçı meydançasında məşq edəcək. Hazırlıq prosesləri saat 11:00-a təyin olunub.
"Kəpəz” oyun öncəsi son məşqinə martın 2-də Gəncə şəhər stadionunda çıxacaq.









                 




    
    
    
    
    
    
    
    
    






















































