
Fransa milli komandasının futbolçusu Antuan Qrizmann İspaniya "Atletiko"sunun heyətində 100-cu qolunu vurub.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı hücumçu "Leqanes"i 4:0 hesabı ilə yendikləri XXVI tur matçındakı bütün qolların müəllifi olub. Bunlardan birincisi Qrizmann üçün yubiley sayılıb. Bu qələbə sayəsində xallarını 61-ə çatdıran "Atletiko" 2-ci pillədə möhkəmlənib.
İspaniya klublarının oyunçuları arasında son 4 mövsümdə Qrizmanndan çox Lionel Messi ("Barselona", 183), Kriştianu Ronaldu ("Real Madrid", 182), Luis Suares ("Barselona", 144) və Arits Aduris ("Atletik", 104) fərqlənib.
Qeyd edək ki, Antuan Qrizmann "Atletiko"ya 2004-cü ildə "Real Sosyedad"dan keçib. O, paytaxt komandasında bütün yarışlarda 192 oyun keçirib.