
İngiltərə Premyer Liqasının 28-ci turunun son matçında "Arsenal" doğma meydanda "Mançester Siti" ilə üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 75-ə çatdıran "Mançester Siti" liderliyini daha da möhkəmləndirib. "Arsenal" isə 45 xalla 6-cı yerdədir.