Türkiyə Futbol Federasiyası "Beşiktaş" klubunun futbolçusu Rikardo Kuarejmaya 5 oyunluq cəza verib.
Sportnet.az-ın məlumatına görə, buna səbəb yarımmüdafiəçinin ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçında "Fənərbağça"nın futbolçusu Jozef de Souzanı vurmağı olub. Federasiya həmçinin, portuqaliyalı futbolçunu 15 min türk lirəsi məbləğində cərimələyib.
Qeyd edək ki, "Beşiktaş" - "Fənərbağça" qarşılaşması 2:2 hesabı ilə başa çatıb.