"Əsas odur ki, qələbə qazandıq. Azarkeşlər üçün maraqlı qarşılaşma olduğundan əminəm”.
Sportnet.az xəbər verir ki, bunu "Neftçi”nin futbolçusu Kirilo Petrov Topaz Premyer Liqasının XIX turunda "Keşlə” üzərində 3:2 hesablı qələbə qazandıqları oyundan sonra deyib.
28 yaşlı ukraynalı müdafiəçi daha sonra sualları cavablandırıb...
- Matçda 5 qol vurulsa da, oyunun səviyyəsi elə də yüksək deyildi. Çoxlu sayda səhvlər oldu. Bunu nə ilə əlaqələndirirsiniz?
- Çoxlu səhv olduğunu deməzdim. Amma səhvsiz də oyun olmaz. Onda nə qol olar, nə də başqa bir şey. Bu gün stadiona gələn istənilən azarkeş deyə bilər ki, baxımlı oyun oldu. Qapılara 5 qol vuruldu. Fikrimcə, Azərbaycan çempionatının hər qarşılaşmasında bu qədər qol vurulmur.
- Yaxşı nəticələr komandadakı atmosferə təsir edir?
- Prinsipcə, komandada atmosfer normaldır. Getdikcə oyunumuz daha yaxşı alınır. Baxımlı və keyfiyyətli futbol sərgiləmək istəyirik. Düşünürəm ki, bundan sonra daha da yaxşı olacaq.
- Rəşad Sadiqovun 3 oyunluq cəzası başa çatdı. Bu amil sizin start heyətinə düşməyinizə mənfi təsir göstərə bilər?