İngiltərənin "Çelsi" klubunun futbolçusu Alvaro Morata Premyer Liqanın XXX turunda "Kristal Pelas"la oyun zamanı yan xətt hakiminə qarşı kobudluq edib.
Sportnet.az xəbər verir ki, ispaniyalı hücumçu laynsmanın əlindəki bayrağını vuraraq, yerə salıb. O, hakimin künc zərbəsi təyin etməməsindən narazı qalıb.
Morata bu davranışına görə cəzalanmayıb. Lakin onun hərəkəti teleyayım zamanı diqqətdən yayınmayıb. 26 yaşlı forvardı 2 oyunadək cəza gözləyir.
Qeyd edək ki, görüş "Çelsi"nin qələbəsi ilə yekunlaşıb - 2:1.