"Keşlə" və "Qəbələ" arasındakı Topaz Premyer Liqasının XX tur matçından baş hakim Ömər Paşayevin daha bir qərarı mübahisəyə səbəb olub.
Sportnet.az xəbər verir ki, gənc FİFA referisi 90+2-ci dəqiqədə qonaq komandanın qolunu saymayıb. Halbuki, epizoda baxdıqda qolun müəllifi Ruslan Qurbanovun rəqib oyunçularla eyni xətt üzərində olduğu görünür.
Qeyd edək ki, "Keşlə" - "Qəbələ" matçında qalib müəyyənləşməyib - 1:1.