İspaniyanın "Real Madrid" klubunun heyətinə qatmaq istədiyi İngiltərənin "Çelsi" klubunun qapıçısı Tibo Kurtua transferi ilə bağlı danışıb.
Sportnet.az-ın məlumatına görə, "Evening Standard"a açıqlama verən belçikalı qolkiper ən az bir mövsüm də London təmsilçisində çıxış edəcəyini deyib:
"Çelsi" ilə növbəti ilə qədər müqaviləm var və burda qalacağam. Komanda üçün də əlimdən gələni edəcəyəm. Hazırda gündəmdə müqavilə yeniləmək planı yoxdur. Düşünürəm ki, müqavilə barədə fikirləşmək üçün yaxşı vaxt deyil. Mövsümün sonuna kimi gözləmək ən yaxşı qərar olacaq".