1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Hələ tam futbol ölkəsi olmamışıq"
"Bakıda ilk oyunumuz olacaq. Hər bir futbolçu matça çox ciddi hazırlaşır, istəklidir. Bəzi oyunçularla fərdi qaydada söhbətlər apamışıq. Onlara öz fikirlərimizi çatdıracağıq. Düşünürəm ki, buna ehtiyac var”.
Sportnet.az-ın məlumatına görə, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov martın 23-də Bakı Olimpiya Stadionunda Belarus yığması ilə keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Legionerlərin durumu necədir: Araz Abdullayevi start heyətində görə biləcəyik?
- Ümumilikdə pis deyillər. Abdullayevin start heyətində çıxmaq ehtimalı çoxdur.
- VAR sisteminə münasibətiniz necədir?
- Hər zaman bunun tərəfdarı olmuşam. Matçlarda səhvlər olub, bəzi komandaların haqları əlindən alınıb. Ona görə də bu sistemin həm çempionatda, həm də millinin oyunlarında tətbiqini istərdim.
- Ramil Şeydayev, Mahir Mədətov kimi futbolçular 21 yaşadək futbolçulardan ibarət millinin heyətindədirlər. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivin Avropa çempionatının seçmə mərhələsində çıxış edəcəyini nəzərə alıb güzəştə getmisiniz?
- Bu futbolçuların əsas millidə oynamaq ehtimalı az idi. Hücumçu mövqeyində digər oyunçuları sınamaq istərdim. Qarşıdakı iki oyunda futbolçuları daha yaxından tanımaq üçün şans verəcəyik.
- Millinin oyunlarının Tofiq Bəhramov adına Respublika stadionunda və ya "Bakcell Arena”da keçirilməsini istərdiniz?
- Əvvələr mən də "Qarabağ”ın Çempionlar Liqasındakı oyunlarının Bakı Olimpiya Stadionunda keçirilməsinə isti baxmırdım. Lakin sonradan arena ilə daha yaxından tanış oldum. Həm də gördük ki, çoxlu sayda azarkeşlərin gəlməsində problem olmur. BOS dünya standartlarına cavab verən stadiondur. Belə bir problem görmürəm. Ola bilər ki, gələcəkdə matçların Tofiq Bəhramov adına Respublika stadionunda da keçirilməsini nəzərdən keçirək. Futbolçuların da stadiona öyrəşdiyini hiss edirəm.
- Ayaz Quliyev Rusiyanın U-21 yığmasına çağırıldı. Ramil Şeydayev kimi onu da ruslardan "oğurlamaq” olar?
- Bununla bağlı açıqlama vermək düzgün olmaz. Bütün oyunçular nəzərimizdədir. Azərbaycan millisi üçün faydası olacaq futbolçunu komandamızda görməkdən çəkinməyəcəyik. Lazım gəlsə, uyğun bildiklərimizlə görüşəcəyik.
- Sizi millinin baş məşqçisi təyin olunmağınızdan sonra da aşağı yaş qruparı üzrə komandalara milliləşdrilmiş futbolçular dəvət almaqdadırlar. Bu tendensiya nə vaxta qədər davam edəcək?
- Bütün ölkələr yaxşı futbolçulara ehtiyac duyur. Başqa ölkənin vətəndaşlarını fərqli yığmalarda görürük. Biz də çalışırıq öz oyunçularımzı yetişdirək. Lakin biz hələlik tam futbol ölkəsi olmamışıq. Xaricdəki futbolçularla maraqlansaq da, özümüzünküləri nəzərdən qaçırmırıq. Çalışırıq ki, yaxşı oyunçuları yığmalara cəlb edək.
- Sizin üçün UEFA Millətlər Liqası ilə Avropa çempionatının seçmə mərhələsinin fərqi var?
- Bunlar fərqli turnirlərdir. Heç bir rəqibi zəif saymıram. Zəif hesab elədiyimiz yığmalar düşündüyümüzdən daha güclüdürlər. Hər bir komanda Millətlər Liqasında uğur qazana bilər. Millinin hər oyunda nəticəyə köklənməsinə çalışmalıyıq. Bu olmasa, nəticə də olmayacaq. Hər iki yarışda şansımız var. İstəyirəm ki, futbolçular bu oyunların Azərbaycanımız üçün nə demək olduğunu bilsinlər. Hansı turnir olsa, ora istəksiz çıxacağıqsa, bunun heç bir faydası olmayacaq.