
"Səbail”in yarımmüdafiəçisi Yevgeni Koçuk və "Zirə”nin hücumçusu Aleksandr Dedov Moldova yığmasının heyətində növbəti oyuna çıxıb.
Sportnet.az-ın məlumatına görə, onlar Kot d İvuar yığması ilə qarşılaşmada iştirak ediblər. Hər iki futbolçu meydana start heyətdə çıxıb. Dedov 57-ci dəqiqədə əvəzlənibsə, Koçuk 80 dəqiqə meydanda olub və qol ötürməsi verib. Görüş Moldovanın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, hər iki futbolçu Azərbaycan klublarına qış fasiləsində cəlb olunub.