
Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində dünən İtaliyada keçirilmiş "İnter" - "Qarabağ" oyunundan sonra açıqlama verən Marko Andreolli maraqlı fikirlər səsləndirib. Sportnet.az "nerazzuri"nin rəsmi saytına istinadən xəbər verir ki, milanlıların müdafiəçisi qələbə qazandıqlarına görə sevindiyini deyib.
3 xalın onlara əlavə ruh yüksəkliyi gətirəcəyini bildirən Andreolli komandasının oyununun yüksək səviyyədə olmamasını etiraf edib: "Bilirsiz, bəlkə də bu gün istənilən formada oynamadıq. Lakin vacib olan qələbəni qazandıq. Qrupda birinci yerdə olmağımız bizi sevindirməyə bilməz".
"İnter"in oyununda çatışmazlıqların olduğunu etiraf edən futbolçu daha sonra səhvlərdən söz açıb: "Əslində, komanda olaraq çox şeyə qadirik, sadəcə, səhvlərimiz lazımlı formada çıxış etməyimizə mane olur. Ümumi götürsək, şəxsən mən cari mövsümkü startımızdan razıyam".
Qeyd edək ki, "İnter" - "Qarabağ" oyunu 2:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "İnter" - "Qarabağ" oyunu 2:0 hesabı ilə başa çatıb.














































































