1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roman Qriqorçuk: "Qəbələ"də qələbə ruhu ölüb"
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının XXIII turunda "Səbail"lə evdə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, ukraynalı mütəxəssis əvvəlcə oyun haqda düşüncələrini bölüşüb.
- Əlbəttə, xal itirməyimiz çox pis oldu. Ancaq belə vəziyyətdə də yaxşı şeylər axtarmaq lazımdır. Yaxşı odur ki, ikinci 45 dəqiqədə öz oyunumuzu sərgilədik. Bunu görərək tam əminəm ki, belə oynasaq, Azərbaycan Kubokunda finala yüksələ bilərik.
- İlk hissədə niyə belə yaxşı oynamadınız?
- Analiz var və bunu futbolçulara deyəcəyik. Oyana bildik, aqressiv, sürətli çıxış etdik. İndi vacib olan təhlil yox, ikinci hissədə meydanda olanlardır. Bu, mənim üçün vacibdir və ümidvericidir.
- Son oyunlara əsasən belə demək olarmı ki, komandada qələbə ruhu ölüb?
- Bəli, tam razıyam. Biz bunu görürük və buna qarşı mübarizə aparırıq. Buna nail olmağın çətin olduğunu başa düşürük. Futbolçuları dəstəkləyirik. Əsas odur ki, futbolçular toparlana bildilər və oyunları ilə finala çıxmaq ümidi verdilər.
- Azarkeşlər böyük mütəxəssis kimi Sizə çox inanırlar. Bunu Avropa Liqasının cavab matçlarında görmüşük. "Neftçi" ilə cavab qarşılaşmasında azarkeşlər sizdən qələbə gözləyir...
- İlk növbədə, xoş sözlərə görə minnətdaram. Tüklərim biz-biz oldu. Məni xoş xatirələrə apardınız. Mənim üçün finala çıxmaq vacibdir. Bunun üçün hər şey edəcəyəm.