
İspaniya millisinin hücumçusu David Vilya həftəsonu Avstraliya çempionatında debüt edəcək. Sportnet.az-ın məlumatına görə, o, "Melburn" klubunun heyətində ilk matçını keçirməyə hazırdır.
İyunda ABŞ-ın "Nyu-York" klubu ilə 3 illik müqavilə bağladıqdan dərhal sonra formasını bərpa etmək üçün Avstraliya klubuna icarəyə verilən təcrübəli forvard yeni komandasında hisslərini bölüşüb: "Özümü yaxşı hiss edirəm. Sadəcə, bir az yol yorğunluğu var. Artıq komanda yoldaşlarımla yaxından tanışam, bir-birimizi yaxşı başa düşürük. Deyə bilərəm ki, oynamağa tam hazıram. Qarşıdakı matça və köklənmişəm".
Qeyd edək ki, sonuncu dəfə Vilya DÇ-2014-də İspaniya millisinin Avstraliya ilə matçında meydana çıxıb və bir qol vurub. Ümumilikdə, o, yığmada iştirak etdiyi 94 oyunda 56 dəfə fərqlənərək İspaniya millisinin ən yaxşı bombardiridir.