1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Millimizin futbolçusu baş məşqçisiz qaldı
Ümit Özat Türkiyənin "Gənclərbirliyi" futbol komandasının baş məşqçi postundan ikinci dəfə ayrılıb.
Sportnet.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis qərarını Superliqanın XXXII turunda evdə "Antalyaspor"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra açıqlayıb. O, azarkeşlərin söyüşlərinə cavab olaraq, bu addımı atdığını bildirib.
Özat bu mövsüm əvvəlcə III turdan sonra "Gənclərbirliyi"ndən istefaya göndərilib. Lakin o, XII turda yenidən komandanın sükanı arxasına gətirilib. Hazırda 30 xala malik Ankara komandası Superliqada 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. Qalan 2 turda bu klub I Liqaya enmə təhlükəsindən qurtulmaq üçün ən azı 5 xal toplamalıdır.
Qeyd edək ki, "Gənclərbirliyi"nin heyətində Azərbaycan millisinin hücumçusu Deniz Yılmaz da çıxış edir. Lakin o, "Antalyaspor"la görüşdə "18-liy"ə belə salınmayıb.