1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millinin baş məşqçisi: "Futbolçularımızda istəyin olması sevindirici haldır"
"Turnirdə çox güclü komandalar iştirak edir. Yeganə mənfi tərəfi oyunların hər gün keçirilməsidir. İstirahətə və bərpa keçməyə zaman qalmayacaq".
Sportnet.az-ın məlumatına görə, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd Slovakiyada təşkil olunmuş beynəlxalq turnirdə Macarıstan yığmasına 0:1 hesabı ilə məğlub olduqları görüşdən sonra söyləyib.
Gənc mütəxəssis matçı belə dəyərləndirib: "Təəssüf ki, çox qol vəziyyətləri yaratmağımıza baxmayaraq, qələbə qazana bilmədik. Rəqib cərimə zərbəsindən sonra qol vurdu və bunun sayəsində qələbə qazandı. Amma futbolçularımızda istəyin olması sevindirici haldır. Növbəti oyunlarda xarakter nümayiş etdirib daha yaxşı oyun sərgiləcəyimizə və müsbət nəticə qazanacağımıza inanıram. Həmçinin, çalışıb ustalıq səviyyəmizi də artırmalıyıq”.