İngiltərənin "Mançester Yunayted” futbol komandasının sabiq baş məşqçisi Aleks Ferqyuson komadan ayılıb.
Sportnet.az "Daily Mail” nəşrinə istinadən xəbər verir ki, mayın 5-də beyninə qan sızdığı üçün əməliyyat olunan 76 yaşlı mütəxəssis hələ də reanimasiya şöbəsindədir. Lakin o, artıq otura və danışa bilir.
Həkimlər şotlandiyalı məşqçinin tezliklə sağalacağına dair müsbət proqnoz versələr də, tam bərpa prosesinin uzun sürəcəyini bildirirlər.
Qeyd edək ki, Aleks Ferqyuson 1986 – 2013-cü illərdə İngiltərənin "Mançester Yunayted” komandasının baş məşqçisi olub. Ferqyuson bu müddətdə 38 titul qazanıb.