İtaliyalı baş məşqçi Roberto Mançini Rusiyanın "Zenit" klubu ilə müqaviləsinin pozulmasına dair razılığa gəlib.
Sportnet.az-ın "Corriere della Sera"ya istinadən məlumatına görə, bu qərar klub rəhbərliyi, eləcə də Mançinin gələcək həyat yoldaşı və vəkili Silviya Fontininin iştirakı ilə qəbul olunub. Bütün məsələlər yekun olaraq, mayın 14-də "Zenit"in Fövqəladə Şurasının iclasında təsdiqlənəcək.
Mançini gələn həftənin əvvəlində İtaliya Futbol Federasiyası ilə görüşəcək. Onun İtaliya yığması ilə 2 illik müqavilə bağlaması planlaşdırılır. 54 yaşlı mütəxəssisin qonorarı 2 milyon avro civarında olacaq. Onun müqaviləsində 2020-ci il Avropa çempionatına vəsiqə qarşılığında bonus da nəzərdə tutulub.