"Keşlə”nin ukraynalı baş məşqçisi Yuri Maksimov karyerasını vətənində davam etdirə bilər.
Sportnet.az ua-football.com saytına istinadən xəbər verir ki, Ukrayna Pemyer Liqasında çıxış edən klublardan biri 50 yaşlı mütəxəssisin xidmətində maraqlıdır.
Maksimovun ötən həftə Kiyevdə olduğu və adı açıqlanmayan klub nümayəndələri ilə danışıq apardığı bildirilir.
Qeyd edək ki, bu il Maksimov qış fasiləsindən etibarən "Keşlə”nin baş məşqçisidir. Onun rəhbərlik etdiyi kollektiv mayın 28-də Azərbaycan Kubokunun finalında "Qəbələ” ilə qarşılaşacaq.