1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ardıcıl 7-ci, tarixdə 34-cü çempionluq! - VİDEO
"Yuventus" klubu tarixində 34-cü dəfə İtaliya çempionu adını qazanıb.
Sportnet.az-ın məlumatına görə, Turin komandası buna A Seriyasının sonuna bir tur qalmış nail olub. XXVII turda səfərdə "Roma" ilə qolsuz heç-heçə edən "Qoca Sinyora" xallarını 92-yə çatdırıb. Meydan sahibləri 68-ci dəqiqədə Raca Nainqqolanın qırmızı vərəqə alması səbəbindən görüşü azlıqda başa vurublar.
"Yuventus"un ən yaxın izləyicisi "Napoli" səfərdə "Sampdoriya"nı 72-ci dəqiqədə Arkadiuş Milik və 81-ci dəqiqədə Raul Albiolun qolları sayəsində 2:0 hesabı ilə yenib. Bu qələbədən sonra Neapol komandası xallarını 88-ə çatdırsa da, liderdən 4 xal geri düşüb. Nəticədə "ağ-qaralar" son turun nəticəsindən asılı olmayaraq, ardıcıl 7-ci dəfə A Seriyasının qalibi adını qazanıblar. Xallarını 74-ə çatdıran "Roma" isə bürünc medal qazanma şanslarını son tura saxlayıb.