1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Premyer Liqada debüt
Topaz Premyer Liqasının XXVII turu baş hakim debütü ilə yadda qalıb.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, "Keşlə” – "Qarabağ” matçını idarə edən Rəşad Əhmədov Azərbaycan çempionatının yüksək dəstəsində ilk matçını keçirib. O, cari mövsümdə Premyer Liqa oyununu idarə edən 11-ci referidir. Əvvəlki 26 turun matçları 10 hakimə həvalə olunub. Əhmədov ölkə çempionatları tarixinə 96-cı baş hakim kimi düşüb. 1992-ci ildən keçirilən yarışda onadək 95 referi ədaləti qoruyub.
Qeyd edək ki, görüş "Keşlə"nin "Qarabağ" üzərində 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.