1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millinin mövqeyi dəyişmədi
FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandasının mövqeyində dəyişiklik baş verməyib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda 245 xalla Sudanla birgə 126-cı yerdədir.
Yoldaşlıq görüşlərindəki rəqiblərdən 2 pillə irəliləyən Qazaxıstan 273 xalla 117-ci, mövqeyi dəyişməyən Qırğızıstan 424 xalla 75-ci, Latviya 217 xalla 139-cudur.
UEFA Millətlər Liqasındakı rəqiblərə gəldikdə, 1 pillə irəliləyən Farer adaları 364 xalla 93-cü, mövqeyi dəyişməyən Kosovo 164 xalla 152-ci, Malta isə 62 xalla 185-ci pillədədir.
Siyahının ilk 47 pilləsinə dəyişiklik baş verməyib. Almaniya 1533 xalla birinci, Braziliya 1384 xalla ikinci, Belçika 1346 xalla 3-cü, Türkiyə 714 xalla 37-cidir.